Səudiyyə və müttəfiqləri Yəməndə bazarı bombaladı – 20 ölü var /VİDEO/ 25 Oktyabr 2018 14:05 Yəmən Səudiyyə Ərəbistanın hərbi təyyarələri ötən gün Yəmənin əl-Hudeyda əyalətində bir bazara və ticarət obyektinə hava zərbəsi endirib. Maide.Az "SalamNews"a istinadla xəbər verir ki, hava zərbələri əyalətin Beytul-Fəqih bölgəsində bir bazara və ticarət obyektinə endirilib. Məlumata görə burada 20 nəfər həyatını itirib və 10-dan çox yaralanıb. Bundan öncə əl-Hudeyda əyalətinin inzibati mərkəzi əl-Hudeyda şəhərində İyul-7 kvartalında endirilən hava zərbələrində də 3 nəfər həyatını itirmiş və 6 nəfər yaralanmışdı. Həlak olan və yaralananlar mülki vətəndaşlardır. Xatırladaq ki, Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində və humanitar yardımın əngəllənməsi səbəbindən ölkədə kütləvi xəstəliklər hökm sürür. Bu müddət ərzində 25 min civarında mülki şəxsin həyatını itirdiyi deyilir. Teqlər : #Səudiyyə,#və,#müttəfiqləri,#Yəməndə,#bazarı,#bombaladı,#–,#ölü,#var,#/VİDEO/, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünya Ərzaq Proqramı: “Yəməndə 12 milyon insan aclıqdan ölə bilər” Yəmən müzakirələri Avropada keçiriləcək
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'