Səudiyyənin tərəfdarları Yəməndə İran səfirliyini yandırıblar-VİDEO 04 Dekabr 2017 02:00 Yəmən -- İran, tərəfləri sabitliyi qorumağa.... Yəmən paytaxtı Sənada İran səfirliyinə hücum edilib. Bu barədə Yəmən mətbuatı məlumat verib. Bildirilib ki, Yəmən paytaxtında Əli Abdullah Salehin başçılıq etdiyi “Xalq Konqresi” partiyasının “Ənsarullah”a qarşı üsyan mesajından sonra paytaxtda bir neçə kvartalda qarşıdurmalar başlayıb. O cümlədən İran səfirliyinə də hecum edilib və səfirlikdə yanğın törədilib. “Ənsarullah” (husilər) paytaxtda Əli Abdullah Salehin qüvvələrinin çevrilişə cəhdinin qarşısını alıb. İran, tərəfləri sabitliyi qorumağa, təfriqəyə yol verməməyə və Yəmən düşmənləri qarşısında bir olmağa çağırıb. Səudiyyə Ərəbistanı koalisiyasının təyyarələri bundan öncə paytaxta hava zərbələri zamanı İran səfirliyinin yaxın ərazilərini də hədəfə almışdı.(İslaminsesi) Teqlər : #Səudiyyənin tərəfdarları Yəməndə İran səfirliyini yandırıblarVİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmənin eks-prezidenti geri çəkildi - Husilərlə barışıq üçün Seyid Həsən Nəsrullahdan yardım istənildi Əli Abdullah Saleh öldürülüb - FOTO
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'