Sənaye istehsalı 5,5 faiz  azalıb

Sənaye istehsalı 5,5 faiz azalıb

Bu ilin beş ayında sənaye istehsalının həcmi 15,7 mlrd. manat təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 5,5% azdır.
 
Bu barədə Dövlət Statistika Komitəsi bildirir.
 
Qeyri-neft sektorunda məhsul istehsalı 3,9% artıb, neft sektorunda 7,1% azalıb.
 
Sənaye məhsulunun 70,2%-i mədənçıxarma sektorunda, 24,4%-i emal sektorunda, 4,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
 
Mədənçıxarma sektorunda neft hasilatı 9,2% azalıb, əmtəəlik qaz hasilatı isə ötən ilin müvafiq dövrünün səviyyəsində qalıb. /

Google+ WhatsApp ok.ru