Səudiyyə Ərəbistanı Kralı qənaət istədi! 17 Mart 2016 02:00 Dünya 40 dollardan aşağı olan neft qiymətlərinə görə, çətin günlər keçirən Səudiyyə Ərəbistanı büdcəyə qənaət edir. Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz bütün nazirlərə xərclərini 5 faiz azaltmaları istiqamətində məktub göndərib. Göndərilən məktubda nazirliklərin, xüsusilə tikinti işlərindən çəkinmələri lazım olduğu bildirilərək 5 faizdən aşağı qənaətinqəbul edilməyəcəyi vurğulanıb. Dünyanın bir nömrəli neft ixracatçısı olan Səudiyyə Ərəbistanının büdcəsində qiymətlərin azalmasına görə, 2015-ci ildə 98 milyard dollar kəsir olub. Səudiyyə Ərəbistanı ölkə tarixinin ən böyük büdcə kəsirini azaltmaq üçün xərclərdə qənaət edəcəyi və qeyri-neft sektorundan gəlir mənbələri yaradacağını planlaşdırır. Hökumət, büdcə kəsirini bağlamaq üçün yanacaqdoldurma, su və elektrikin də qiymətlərini artırıb. Teqlər : #Səudiyyə Ərəbistanı Kralı qənaət istədi!, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ: Suriyada heç bir muxtar bölgəni tanımayacağıq Şeyx Zəkzaki dəfələrlə işgəncə olunub; gözləri görmə qabiliyyətini itirir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO