Səudiyyə kralı Salmanın reanimasiyaya yerləşdirilməsi xəbəri yayılıb

Səudiyyə kralı Salman bin Əbdüləzizin səhhəti bu səhər ağırlaşıb və o reanimasiyaya yerləşdirilib.
 
Deyerler.org-un məlumatına görə, bu barədə aparıcı Yaxın Şərq və ərəb saytları məlumat yayıb.
 
Verilən məlumata görə, uzun illərdi alsqeymer xəstəliyindən əziyyət çəkən 80 yaşlı kralın səhhəti bu səhər ağırlaşıb və o Malik Faysal xəstəxanasına yerləşdirilib.
 
Şahidlərin dediyinə görə, hazırda kralın Amerika xəstəxanalarından birinə göndərilməsi planlaşdırılır./

Google+ WhatsApp ok.ru