Səudiyyə-Yəmən sərhəddində ciddi gərginlik: 1-i komandir olmaqla, 4 Səud hərbçisi öldürüldü 01 May 2015 01:00 Yəmən Səudiyyə Ərəbistanın Yəməndə hərbi təcavüzünün davam etdiyi bu arada, rəsmi Ər-Riyad açıqlama verərək daha üç Səudiyyə əsgərinin ölkənin cənub-qərb hissəsində Yəmənlə sərhəddə baş verən toqquşmalarda öldürüldüyünü bildirib. Deyerler.org-un PressTV-yə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi tərəfindən verilən bəyanatda ölən 3 Səudiyyə əsgərinin ölkənin cənub-qərbində Yəmən sərhədi yaxınlığında yerləşən Cizan rayonunda Yəmən ordu qüvvələri ilə qarşıdurmada öldürüldüyü bildirilib. Səudiyyə rəsmi xəbər agentliyinin verdiyi məlumata əsasən, Səudiyyə qüvvələrinin aviazərbələrinin dəstəyilə həyata keçirilən qarşıdurmada Yəmən qüvvələrinin "onlarla" döyüşçüsü həlak olub. Yəmən tərəfi insan tələfatın olub olmaması ilə bağlı hələlik heç bir açıqlama verməyib. Bu gün Səudiyyə Daxili İşlər Nazirliyi də açıqlama verərək daxili qoşunların komandiri Yəmən sərhədi yaxınlığında minaatandan açılan atəş nəticəsində həlak olduğunu açıqlamışdır. Səudiyyə Daxili İşlər Nazirliyinin mətbuat katibi Mənsur Turki açıqlamasında bir Səudiyyə komandirinin ölkənin cənub qərbində Yəmənlə sərhəddə yerləşən əl-Cizan əyalətində patrul xidməti avtomobilinin vurulması nəticəsində həlak olduğunu qeyd edib. Raceh əl-Həsən əl-Məcayeş adlı Səudiyyə quru qoşunlarında xidmət edən komandirin Haraz rayonunun Cəlah məntəqəsində Yəmən qüvvələri tərəfindən öldürülüb./ Teqlər : #SəudiyyəYəmən sərhəddində ciddi gərginlik: 1i komandir olmaqla,#4 Səud hərbçisi öldürüldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə Ərəbistanı sərhədlərində 3 hərbçi öldürüldü Yəmənin paytaxtı yenə bombalandı: 20 nəfər dünyasını dəyişib
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'