Rusiya Xəzər donanmasını gücləndirir 09 Oktyabr 2015 01:00 Dünya Rusiyanın Xəzər dənizindən Suriyaya 26 raket atması məsələsi gündəmdən düşməmiş, Rusiyanın Qara dəniz və Xəzər hərbi donanmalarına 10-dan artıq yeni silah və hərbi texnika, o cümlədən, raketdaşıyıcı və keşikçi gəmiləri, həmçinin sualtı qayıqlar alacağı xəbəri yayılıb. Maide.az xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi dairəsinin mətbuat xidmətindən açıqlama yayılıb. Açıqlamada, "Qara Dəniz və Xəzər hərbi donanmalarının tərkibinə 10-dan artıq ədəd hərbi texnikanın, o cümlədən, "Admiral Grigoroviç" və "Admiral Essen" keşikçi gəmiləri, "Zelyonı Dol" və "Serpuxov" kiçik raketdaşıyıcı gəmiləri, həmçinin patrul və çoxtəyinatlı gəmilər, "Krasnodar" sualtı qayığı, Ka-27m helekopteri və digər avadanlıqların alınması nəzərdə tutulur", - deyilir. Teqlər : #Rusiya Xəzər donanmasını gücləndirir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə Ərəbistanı Suriyadakı terrorçulara yeni silah göndərəcək Səud rejimi narahat oldu: müdafiə naziri Rusiyaya gedir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO