Rusiya vətəndaşı olmaq asanlaşacaq 05 Avqust 2014 01:00 Dünya Rusiya hökuməti rus dili imtahanından keçən əcnəbilərə xüsusi viza verəcək. Bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib. Maide.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, əcnəbilərə təqdim ediləcək vizanın müddəti bir illik olacaq. Bu viza həm də Rusiya vətəndaşı olmağı asanlaşdıracaq. Belə ki, rus dili imtahanından keçən və xüsusi viza alan əcnəbi vətəndaş Rusiya vətəndaşı olmaq üçün xüsusi komissiyanın iştirakı ilə rus dili üzrə müsahibədən keçməli olacaq. Bundan sonra əcnəbi öz ölkəsinin vətəndaşlağından imtina etməli və həmişəlik Rusiyaya yerləşməlidir. Rusiyaya gələndən sonra iki il müddətinə vətəndaşlıq almaq üçün müvafiq orqanlara müraciət etməzsə, həmin şəxsin ölkədən çıxarılacağı bildirilir. Teqlər : #Rusiya vətəndaşı olmaq asanlaşacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İŞİD İraqın milyonlarla əhalisini ölümlə təhdid etdi Ermənistanda qaça-qaçdır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO