Rusiya peyvəndinin ilk partiyası mülki dövriyyəyə buraxıldı 08 Sentyabr 2020 10:44 Dünya Rusiyanın Səhiyyə Nazirliyi Gamaleya İnstitutu tərəfindən istehsal olunan koronavirus peyvəndi “Sputnik V”nin ilk partiyasının mülki dövriyyəyə buraxıldığını elan edib. Maide.Az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb: “Rusiya Səhiyyə Nazirliyinin Gamaleya Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzi tərəfindən hazırlanmış “Qam-Covid-Vak” (“Sputnik V”) vaksininin ilk partiyası Rozdravnadzor laboratoriyalarında lazımi keyfiyyət testlərindən keçib və mülki dövriyyəyə buraxılıb”. İlk peyvənd partiyalarının bölgələrə yaxın vaxtlarda çatdırılması planlaşdırılır. Bundan əlavə, yaxın vaxtlarda Moskva poliklinikalarında “Sputnik V” peyvəndinin klinik sınaqlarının üçüncü mərhələsinin başlaması gözlənilir. Sınaqlarda 40 min könüllünün iştirak edəcəyi bildirilib. Onların bir hissəsinə həqiqi bir peyvənd, digər hissəsinə isə plasebo veriləcək. Paytaxt meriyasının məlumatına görə, peyvəndin qeydiyyatdan sonrakı sınaqlarında iştirak etmək üçün təxminən 25 min insan müraciət edib. Teqlər : #Rusiya,#peyvəndinin,#ilk,#partiyası,#mülki,#dövriyyəyə,#buraxıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nildə 100 ildə rekord daşqın qeydə alınıb, yüzlərlə insan ölüb Nigeriyada İslam Hərəkatının 6 xanım üzvü həbsdən azadlığa buraxıldı - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO