Rusiyada müsəlman mədəniyyətinə aid muzey yaradılır 15 Yanvar 2020 12:00 Xəbərlər Ermitajın direktoru Mixail Petrovskiy təklif edir ki, müsəlman mədəniyyətinə aid muzey yaradılsın. Maide.Az "İslam.ru"a istinadla xəbər verir ki, onun bu təşəbbüsünə əsasən Sankt-Peterburqda islam mədəniyyəti muzeyi yaradılacaq və Kadet xəttindəki tarixi bina olan - Bryullov evi islam mədəniyyəti muzeyinə veriləcək. Klassik üslübda olan bu üç mərtəbəli bina 1784-cü ildə inşa edilib. 1845-ci ildə arxitektor Bryullov binanı satın alıb və öz zövqünə görə yenidənqurma işləri aparıb. Sovet höküməti zamnında isə burada uşaq bağçası və N.Ostrovski adına gənclər kitabxanası fəaliyəət göstərib. İslam mədəniyyəti muzeyi beynəlxalq islam araşdırmaları bazasının üzərində qurulacaq. Gözlənilir ki, yeni muzey Rusiyadakı müsəlman mədənəyyəti irsinin öyrənilməsi və saxlanılmasına təkan olacaq. Rusiya müsəlmanlarının elmi və mədəni nailiyyətlərini təşviqat edəcək, həmçinin mədəni tolerantlığa dəstək olacaq. Muzeydə ekspozosiya zalı, mühazirə, elmi konferensiya keçirmək və kino nümayiş etmək üçün zallar açılacaq. Burada mədəni və musiqili layihələr keçirmək üçün güşələr yaradılacaq. Kitabxana və nadir tarixi materialları işıqlandıracaq videoteka fəaliyyət göstərəcək. Muzey eksponatları içərisində Sankt Peterburqun aparıcı elmi mərkəzlərinin, muzey, əlyazma və kitabxanalarının da eksponatlarından ibarət kolleksiya da sərgiyə çıxarılacaq. Türkiyə, İran, Qətər, Səudiyyə Ərəbistanı və gigər müsəlman ölkələri öz əşyalarını müvəqqəti sərgilərdə nümayiş edilməsi üçün muzeyə təqdim edəcəklər. Həmçinin muzeyin bazasında virtual muzey də yaradılacaqdır. İslam mədəniyyəti muzeyi “Əl Məqam” kommersiya fondunun dəstəyi ilə yaradılacaq. Hazırda fond binanin yenidən qurulması və təmiri ilə məşğul olur. Teqlər : #Rusiyada,#müsəlman,#mədəniyyətinə,#aid,#muzey,#yaradılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yeni ilin əvvəli ilə müqayisədə bazarda bahalaşma var Ələt-Astara yolunun ödənişli olması ilə bağlı hökümətə müraciət OLUNDU