Rusiyada İmam Əlinin (ə) doğum günü qeyd olunub - FOTO 30 Mart 2018 01:00 Dünya -- Ulyanovsk şəhərində Rusiyanın Ulyanovsk şəhərində Kəbə mövludu İmam Əlinin (ə) doğum günü qeyd olunub. Maide.Az xəbər verir ki, Ulyanvsk şəhərində yaşayan Əhli-beyt (ə) ardıcıllarının iştirakı keçirilən tədbirdə ilk öncə Quran tilavət olunub. Daha sonra tədbirdə çıxış edənlər İmam Əli (ə) haqqında qonaqları məlumatlandırıb, onun həyat yolundan, İmamlıq fəaliyyətindən, İslam tarixindəki mövqeyindən danışıblar. Çıxış edən ruhani Kərbəlayi Azad İmam Əlinin (ə) mövlud gününün İslam dünyasında xilas bayramı, mərdlik və ərlik bayramı olduğunu diqqətə çatdırıb. Tədbirdə səsləndirilən İmam Əlinin (ə) şəninə həsr olunmuş ilahilər və şeirlər möminlər tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb. Tədbir fərəc duasının oxunuşu ilə başa çatıb. Mövlud münasibətilə ehsan süfrəsi açılıb. Teqlər : #Rusiyada İmam Əlinin (ə) doğum günü qeyd olunub FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistanda 5 milyon müsəlman təhlükədə Tikmə Quran - hindistanlı qadının 32 illik zəhməti
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO