Rusiyada mal-qarada təhlükəli infeksiya aşkar edildi 04 Sentyabr 2020 10:59 Xəbərlər Rusiyanın Xabarovsk vilayətində inəklərdə yoluxucu nodulyar dermatit xəstəliyi aşkar edilib. Yoluxma fermaların birində 3 baş inəkdə aşkar edilib. Bu təhlükəli infeksiyanın qarşısının alınması üçün bölgədəki iribuynuzlu mal-qaranın peyvəndlənməsi qərara alınıb. Peyvəndlənmə Xabarovskda 3 minədək mal-qaranı əhatə edəcək. Qeyd edək ki, nodulyar dermatit xəstəliyi qansoran həşəratlar tərəfindən keçir və hava-damcı yolu ilə digər heyvanlara yoluxa bilir. Xəstəlik özü ölümcül olmasa da, xəstə inəklərin südünün məhv edilməsi tövsiyə olunur. /virtualaz / Teqlər : #Rusiyada,#malqarada,#təhlükəli,#infeksiya,#aşkar,#edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Distant təhsil ənənəvi tədrisi əvəz edə bilməz - Ekspert Nigeriyada silahlı hücum: 17 ölü