Rusiyada 35 min nəfər işıqsız qalıb 05 Fevral 2018 02:00 Xəbərlər -- aramsız qar yağışı fəsadlara səbəb olub. Rusiyanın 6 bölgəsində aramsız qar yağışı fəsadlara səbəb olub. Maide.Az Tass-a istinadən xəbər verir ki, qar xüsusən Volqaqrad, Ulyanovsk, Saratov, Kalyuqa, Penza və Vladimir bölgəsində güclü olub. Məlumata görə, 35 min nəfər işıqsız qalıb. İşıqların kəsilməsinə səbəb olaraq elektrik naqillərinin yağan qarın ağırlığına tab gətirmədiyi və ağacların xətlərin üzərinə aşması göstərilib. Fövqəladə Hallar Nazirliyi hazırda fəsadın aradan qaldırılması üçün çalışmalar aparır. Teqlər : #Rusiyada 35 min nəfər işıqsız qalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hollandiya Türkiyədəki səfirini geri çağırdı Zəhərlənmələrin STATİSTİKASI