İraqın baş naziri və parlamentin sədri Fəllucəyə gəldi 03 İyun 2016 01:00 Dünya İraqın baş naziri Heydər Əl-İbadi və parlamentin sədri Səlim Cubəri Fəllucənin yaxınlığındakı Tariq hərbi bazasına gələrək, əməliyyatların necə getməsi barədə hərbi rəsmilərdən məlumat alıblar. Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, İbadi görüşdə İraq qüvvələrinin İŞİD-ə qarşı irəliləməsini təbrik edərək, İraq əsgərlərinin ölkənin müxtəlif ərazilərinin azad edilməsində göstərdiyi cəsarət və fədakarlığa təşəkkür edib. İraqın baş naziri, Fəllucədə vətəndaşların təhlükəsizliyinin qorunması məsələsinə əhəmiyyət verilməli olduğunu bir daha vurğulayıb. İraq parlamentinin sədri Səlim Cəburi də İraq qoşunlarına dəstək verərək, xalq və ordu qüvvələrinin səyi nəticəsində, İraqda geniş bir ərazinin İŞİD-in işğalından azad edildiyini bildirib. / Teqlər : #İraqın baş naziri və parlamentin sədri Fəllucəyə gəldi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə partlayış törədilib - 8 yaralı Müqəddəs Ramazan ayının şərəfinə sakinlərə güzəştli qiymətə ərzaq paylanılacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO