İraq Dövlət Televiziyası: Mosul şəhəri İŞİD terrorçularından tam təmizlənib 29 İyun 2017 01:00 Dünya İraq qüvvələri 3 il əvvəl İŞİD terror qruplaşmasının lideri Əbubəkr Əl-Bağdadinin "xilafət” elan etdiyi Nur məscidinə nəzarəti ələ keçirib. Maide.Az xəbər verir ki, İraq Dövlət Televiziyası Nur məscidinin azad edilməsinin ardınca elan edib ki, Mosul şəhəri İŞİD terrorçularından tam təmizlənib və şəhərə nəzarət İraq ordusunun nəzarətinə keçib. Əl-İraqiyyə kanalı İŞİD-in mərkəz mövqeyinin ələ keçirilməsini "Xurafat dövlətin süqutu" başlığı ilə verib. Qeyd edək ki, iyunun 21-də İŞİD terror təşkilatı Mosulun rəmzlərindən sayılan Nur nəscidinin 845 illik əyri minarəsinin İraq qüvvələrinin əlinə keçməməsi üçün partlatmışdır. 845 illik əyri minarə Mosulun Nur məscidinin qədim minarəsi sayılırdı. İraqın Mosul əyalətinin terrorçu İŞİD qruplaşmasından tamamilə azad olunmasını İraqın Müdafiə Nazirliyi də təsdiqləyib. Teqlər : #İraq Dövlət Televiziyası: Mosul şəhəri İŞİD terrorçularından tam təmizlənib , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali-Xəlifə rejimi fəal Əhli-Beyt (ə) ardıcıllarından 41 nəfəri həbs etdi Nigerdə kamikadze partlayışı nəticəsində ölən və yaralananlar var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO