İraqda Sədr ilə Amiri hökumətqurma məsələsində razılığa gəldi 13 Sentyabr 2018 01:00 Dünya İraqda parlament seçkilərindən birinci çıxan Muqtəda Sədr və "Fəth Koalisiyası" lideri Hadi Amiri hökumətin yaradılması məsələsində razılaşıb. Sədrə yaxın mənbələrdən alınan məlumata əsasən, Amiri Sədri Nəcəfin Hannana bölgəsindəki evində ziyarət edib. Görüşdə bir müddətdir yaşanan siyasi münaqişələrdən dolayı axsayan hökumətqurma işləri müzakirə olunub. Sədr və Amiri "Sairin" və "Fəth Koalisiyası"nın tezliklə parlamentdə ən böyük koalisiya yaradaraq, hökuməti qurması mövzusunda ortaq fikrə gəlib . Digər tərəfdən, Sədr və Amiri görüşündən sonra İraq Baş naziri Heydər əl-Abadinin lideri olduğu "Nasir Koalisiyası"ndan verilən yazılı açıqlamada baş nazir namizədlərinin Abadi olduğu bildirilib. İraqda 12 mayda keçirilən parlament seçkilərindən sonra siyasi qruplar arasında baş nazir, parlamentin sədri və prezident namizədləri məsələsində anlaşılmazlıqlar davam edir. Parlamentin növbəti iclasında sədr və müavinlərinin seçilməsi gözlənilir. Parlamentdə qurulacaq ən böyük koalisiya hökumətin qurulması vəzifəsini alacaq. / eastnews.org / Teqlər : #İraqda Sədr ilə Amiri hökumətqurma məsələsində razılığa gəldi , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistanda məscid bağlandı:Müsəlmanlar etiraz aksiyası keçirdi Seyid Həsən Nəsrullah: “ABŞ-ın arxasınca gedənlər hakimiyyətlərini itirməkdən qorxurlar”
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO