İran və Səudiyyə Ərəbistan razılaşarsa, 80 min iranlı ziyarətə gedəcək 17 Yanvar 2017 02:00 Dünya Əgər lazımi şərait yaranarsa qarşıdan gələn həcc mövsümündə İrandan hacıların iştirakında hamı maraqlıdır və bu il İrandan həccə 80 min zəvvarın göndərilməsi üçün hazırlıqlı olmalıdır. Bu sözləri Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin Həcc və Ziyarətlər üzrə nümayəndəsi Höccətül-İslam Seyyid Əli Qazi Əskər deyib. Maide.Az xəbər verir ki, Ə.Qazi Əskər deyib ki, İran Səudiyyə Ərəbistanın Həcc Nazirliyinin dəvətnaməsinə cavab verib. “Səudiyyə Ərəbistan elan edib ki, ölkələrin həcc kvotası ötən illərlə müqayisədə artırılacaq.Bunun üçün ölkədəki bütün aidiyyatı qurumlar təqribən 80 min zəvvarın bu ilki həccə göndərilməsi üçün lazimi hazırlıqları görsünlər”. O deyib ki, İranın islami irşad və mədəniyyət naziri Salehi Əmiri Səudiyyə Ərəbistanın həcc nazirinin məktubunu cavablandırıb və İranın mövqeyini və istəklərini bəyan edib. “Ümid edirik danışıqlar müsbət nəticələnəcək və iranlı zəvvarların həcc ziyarəti üçün şərait yaranacaq”. Teqlər : #İran və Səudiyyə Ərəbistan razılaşarsa,#80 min iranlı ziyarətə gedəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gözləri görməsə də 25 ildir Quran tədris edir Soyuqdan ölənlərin sayı artdı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO