İran və Rusiya arasında neft sahəsində əməkdaşlığa dair memorandum imzalanıb 13 Dekabr 2016 02:00 Siyasət İran və Rusiya neft sahəsində əməkdaşlığa dair 23 bənddən ibarət memorandum imzalayıblar. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sənədi Rusiya Energetika nazirinin müavini Kiril Molodtsov və İran Neft nazirinin müavini Əmir Hüseyn Zamaniniyə imzalayıblar. Sənədin müddəaları neft kəşfiyyatı və hasilatı, neft yataqlarının işlənilməsi, neft-tranzit-mübadilə (svop) əməliyyatları üzrə əməkdaşlığı əhatə edir. Bununla yanaşı sənəddə qaz tədarükü, tədqiqat işlərinin aparılması, avadanlıq istehsalında texnologiyalardan istifadəsi üzrə əməkdaşlıq məsələləri yer alıb. Qeyd edək ki, bu gün Tehranda Rusiya Energetika naziri Aleksandr Novak və İranın Rabitə naziri Mahmud Vaezinin sədrliyi ilə Ticarət və iqtisadiyyat əməkdaşlığı üzrə Rusiya-İran daimi komissiyasının növbəti iclası keçiriləcək. / Teqlər : #İran və Rusiya arasında neft sahəsində əməkdaşlığa dair memorandum imzalanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Putin “İlin siyasətçisi” sorğusunun qalibi oldu - Siyahı Netanyahunun gəlişi Azərbaycana nələr vəd edir? - Münasibət
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video