İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyədə nələri müzakirə edəcək? 15 Avqust 2017 01:00 Dünya İran silahlı qüvvələrinin Baş qərargah rəisi general Məhəmməd Baqiri Türkiyədə səfərdədir. Maide.Az xəbər verir ki, General Məhəmməd Baqir Türkiyəyə səfəri çərçivəsində paytaxt Ankarada Baş qərargah Başçısı General Hulusi Akar tərəfindən qarşılanıb. Baqiri və onu müşayiət edən nümayəndə heyəti üç gün davam edəcək səfər çərçivəsndə yüksək səviyyəli hərbi və siyasi rəsmilərlə görüşəcək. Danışıqlarda müdafiə sahəsindəki ikitərəfli əlaqələr və sərhəd əməkdaşlığı kimi mövzular müzakirə olunacaq. Müzakirə olunacaq digər məsələ terrora qarşı mübarizə mövzusudur. Ankarda jurnalistlərə açıqlama verən M.Baqiri deyib ki, İran Türkiyə ilə bir neçə yüz illik dostluq əlaqələrinə sahibdir. “İki ölkə arasındakı sərhədlər təhlükəsiz və sabit sərhədlərdir. Lakin hərbi sahədə əməkdaşlığın inkişafı, regionda baş verən bir sıra mövzular və s. məsələləri müzakirə etmək üçün bu səfər baş tutması lazım idi. İki ölkənin təhlükəsizliki, sərhədlərin qorunması və terrorizmlə mübarizə məsələsi müzakirə olunacaq məsələlərdir”. (tasnim) Teqlər : #İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyədə nələri müzakirə edəcək? , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pakistanda sərhədçilərə hücum - 7 ölü Səudiyyə Ərəbistanı Nəcəfdə konsulluq açacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO