İran, Rusiya və Çin Körfəzdə hərbi baza yarada bilər 30 Dekabr 2020 13:58 Dünya İran, Rusiya və Çin Körfəzdə hərbi baza yarada bilər. APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran hökumətinin sözçüsü Əli Rəbii bununla bağlı ona ünvanlanan suala cavabında bildirib. O deyib ki, İranın Rusiya və Çinlə dostluq əlaqələri yüksək səviyyədədir və bu münasibətləri siyasi-iqtisadi aspektlərdə dərinləşdirmək üçün heç bir məhdudiyyət yoxdur: “İran və Rusiya arasında müdafiə sahəsi də daxil olmaqla müxtəlif sahələrdə yaxşı əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq, ikitərəfli səviyyə ilə yanaşı, regional səviyyədə də həyata keçirilir”. Ə. Rəbii qeyd edib ki, dəfələrlə, o cümlədən Hörmüz Sülh Planının təqdimatında da qeyd olunduğu kimi, Körfəz bölgəsində təhlükəsizlik bölgənin sahil dövlətləri tərəfindən təmin edilməlidir. Teqlər : #İran,#Rusiya,#və,#Çin,#Körfəzdə,#hərbi,#baza,#yarada,#bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya Avropa İttifaqının sanksiya tətbiqinə qarşılıq verdi İran Ukrayna təyyarəsində ölənlərin ailəsinə 150 min avro kompensasiya verəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO