İran şirkəti Bakıya uçuşlara başlayır 07 Oktyabr 2016 01:00 İqtisadiyyat İranın “Mahan Air” aviaşirkəti oktyabrın 31-dən etibarən Tehran-Bakı-Tehran marşrutu üzrə müntəzəm uçuşlara başlayır. Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası müvafiq icazəni sözügedən aviaşirkətin uçuşları həftədə 3 dəfə yerinə yetirmək sorğusundan sonra verib. Uçuşların həftədə 3 dəfə - çərşənbə axşamı, çərşənbə və bazar günləri “Airbus A310” layneri ilə yerinə yetirilməsi planlaşdırılır. Qeyd edək ki, "Azərbaycan Hava Yolları" və ATA Airlines aviaşirkətləri də Tehrana uçuşlar həyata keçirir. (apa) / Teqlər : #İran şirkəti Bakıya uçuşlara başlayır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qızıl 2 dollardan artıq bahalaşıb Ət, süd və yağın da qiyməti qalxacaq