İran hərbi təlimdə yeni raketi sınaqdan keçirib 12 Dekabr 2016 02:00 Dünya Təlimlərin məqsədi quru qoşunlarının döyüş hazırlığını yüksəltməkdir İran ordusu hərbi təlim zamanı “Tufan” adlı yeni tip raketi sınaqdan keçirib. “Report” Tasnim-ə istinadən xəbər verir ki, yeni raketi İran mühəndisləri hazırlayıb. İnformasiyaya görə, ölkənin cənub-şərqində quru qoşunlarının “Məhəmməd Rəsulallah-4” adı altında təlimləri keçirilir. Hərbi Hava Qüvvələrinin və “Hatəm ül-Ənbiya” hava hücumundan müdafiə bazasının dəstəyi ilə keçirilən təlimlər 220 kv. km. ərazini əhatə edir. Təlimlərin məqsədi quru qoşunlarının döyüş hazırlığını yüksəltməkdir. Qeyd edək ki, təlim dekabrlın 11-də başlayıb və 13-də başa çatacaq. / Teqlər : #İran hərbi təlimdə yeni raketi sınaqdan keçirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Vəkil: `Şeyx Zəkzaki 45 gün ərzində azadlığa buraxılmalıdır` Suriya xalqı Hələbin azadlığı münasibətilə şadlıq edir -VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO