İrandan Azərbaycana ixracat həcmi artıb 28 İyul 2018 01:00 Xəbərlər İrandan Azərbaycana ixracatın həcmi yetmiş faiz artıb,Azərbaycandan İran isə ixracatın həcmi 56 faiz azalıb. Bunu İran və Azərbaycan müştərək ticarət otağının sədri Bəhruz Poosuleyman deyib. Maide.Az "İSNA"a istinadən xəbər verir ki, B.Poosuleyman deyib ki, 2018-ci ilin mart ayının 21 -dən iyun ayının 21-dək İrandan Azərbaycana on dörd milyon dollar dəyərində məhsul ixrac olunub. Bu 2017-ci ilin eyni dövrü ilə müqayisədə 70 faiz artım deməkdir. Bu rəqəm həmin dövrdə 8 milyon dollar təşkil edib. "Çəki baxımından ixrac olunan məhsul ötən il on altı min ton təşkil edib, bu isə cari ildə qırx min tona çatıb." İran ilə Azərbaycan arasında dörd sərhəd-keçid məntəqəsi ( Şahtaxtı-Poldəşt, Culfa, Biləsuvar və Astara) fəaliyyət göstərir. Teqlər : #İrandan Azərbaycana ixracat həcmi artıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avropada rekord temperatur qeydə alındı Belə kolbasalardan uzaq durun - RƏSMİ XƏBƏRDARLIQ