İranda güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 76-ya çatıb (YENİLƏNİB)

İranda güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 76-ya çatıb (YENİLƏNİB)

-- 5,2 bal gücündə

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 09:43-də yayılıb)
 
İranın mərkəzi hissəsində baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 76-ya çatıb.
 
Maide.Az xəbər verir ki, onlardan bəzilərinə yerindəcə tibbi yardım göstərilib.
 
Məlumatlara görə, infrastruktur və elektrik təsərrüfatına ciddi maddi ziyan dəyib.
 
***
 
İranın Kohgiluyə və Boyer-Əhməd əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.
 
Maide.Az  “tasnimnews” a istinadən xəbər verir ki, yerli vaxtla saat 08:38-də qeydə alınan yeraltı təkanların episentri İranın Yasuc və Dena şəhərinin Sisəxt bögləsi olub. 
 
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
 
Zəlzələ nəticəsində  Yasuc şəhərində elektrik enerjisi kəsilib.  

Google+ WhatsApp ok.ru