İranda güclü şaxta səbəbindən təyyarə, qatar və avtomobillərin hərəkətində problemlər yaranıb 29 Yanvar 2018 02:00 Dünya -- Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanı yaxınlığında qarın hündürlüyü 70 sm çatır İranda müşahidə edilən əlverişsiz hava şəraiti Tehranın hava limanında uçuşların dayanmasına səbəb olub, ölkədə qatarların hərəkətində problemlər yaradıb. Maide.Az bildirir ki, APA-ın Tehran bürosunun məlumatına görə, yanvarın 28-29-da məktəblərdə tətil elan edilib. Şənbə günü axşamdan başlayan qar yağışı, çovğunlu və şaxtalı hava şəraiti ötən gün günün ikinci yarısınadək davam edib. Tehranın İmam Xomeyni (rə) adına Beynəlxalq Hava Limanı yaxınlığında qarın hündürlüyü 70 sm çatır. Qarın ağırlığından ağacların budağı sınıb, elektrik enerjisi xətləri sıradan çıxıb. İmam Xomeyni (rə) və Mehrabad Hava limanlarında uçuşlar dayandırılıb. Hazırda aeroportların fəaliyyətinin bərpası üçün tədbirlər görülür. Digər şəhərlərdən Tehrana gələn qatarlar şəhər kənarında dayanıb. Güclü şaxta nəticəsində Tehran metrosunun beşinci xəttində enerji ötürən xətlər donub və həmin istiqamətdə metronun fəaliyyəti dayandırılıb. Tehran şəhərinin əsas girişində yollar buz bağlayıb və hərəkət məhdudlaşıb. Hazırda yolların açılması istiqamətində işlər görülür. Polis vətəndaşları zəruri olmadığı halda küçəyə çıxmamağa çağırıb. Paytaxtda havanın temperaturu - 6 dərəcə şaxtadır. İranın əksər bölgələrində şaxtalı hava şəraiti davam edir və 7 əyalətdə magistral yollarda avtomobillərin təkərlərinə zəncir taxmadan hərəkət etmək mümkün deyil. Teqlər : #İranda güclü şaxta səbəbindən təyyarə,#qatar və avtomobillərin hərəkətində problemlər yaranıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avstraliyada 50 mindən çox ev işıqsız qalıb Ayətullah Şeyx İsa Qasimin vətəndaşlığı ləğv olundu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO