İranda baş vermiş zəlzələdə ölən və yaralananlar var - YENİLƏNİB 08 İyul 2019 11:21 Dünya İranın Xuzestan əyalətinin Böhranın İdarəetmə mərkəzinin rəhbərinin bildirdiyinə görə, baş vermiş zəlzələdə indiyədək 1 nəfər ölüb, 20 nəfər xəsarət alıb. Məscid Süleyman şəhərininin müxtəlif yerlərində elektrik enerjisi kəsilib. Elektrik stansiyalarına və bir çox infrastruktura ziyan dəyib. Mobil telefonlarda problemlər yaranıb. Bu gün Xuzestan əyalətində baş verən güclü zəlzələnin ardınca daha iki zəlzələ 3,7 və 4 bal gücündə əyalətin Məscid Süleyman şəhəri yaxınlığında qeydə alınıb. *** Bu gün İranın Xuzestan əyalətində 5,7 bal gücündə zəlzələ baş verib. Maide.Az xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 11:32 qeydə alınıb. Zəlzələnin episentri Əhvaz şəhəri və ətraf Zəlzələ Əhvaz, Şadqan, Məscid Süleyman, Həmidiyyə, Şuştər, Həftgel, Şuş, Mahşəhr, Huveyzə, Dezful və Andika şəhərləri olub. Zəlzələ əhali arasında təşvişə səbəb olub və onlar evlərini tərk edib. Dağıntılar və xəsarət alanlar barədə məlumat hələ verilməyib. Teqlər : #İranda,#baş,#vermiş,#zəlzələdə,#ölən,#və,#yaralananlar,#var,#YENİLƏNİB, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tacikistanda 14 məhbus çörəkdən zəhərlənərək ölüb Bu ölkədən 200 min nəfər Həcc ziyarətinə gedəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO