Ramazanın ilk cümə günü 180 min fələstinli Məscidul-Əqsada cümə namazı qıldı (FOTO) 10 May 2019 21:59 Fələstin İşğalçı İsrail rejiminin məhdudiyyətlərinə baxmayaraq Ramazan ayının ilk cümə günü Məscidul-Əqsada 180 min fələstinli cümə namazı qılıb. Maide.Az xəbər verir ki, bu barədə Fələstin İnformasiya Mərkəzinin "Tvitter" səhifəsində məlumat verilib. Qüds İslami Vəqflər İdarəsinin direktoru Şeyx İzam Xətib bildirib ki, cümə namazı Məscidul-Əqsada və ətraf səhnlərdə təşkil olunub. Qeyd edək ki, işğalçı İsrail rejim qüvvələri 40 yaşından aşağı olan fələstinlilərin məscidə daxil olmasına mane olub. Əqsa məscidində cümə namazını qılmaq ümidilə Qüdsə daxil olmaq şansı əldə etmək üçün İsrail rejimi ordusunun Beytləhmdəki nəzarət-buraxılış məntəqəsində minlərlə fələstinli sübh tezdən gözləyib. Teqlər : #Ramazanın,#ilk,#cümə,#günü,#180,#min,#fələstinli,#MəscidulƏqsada,#cümə,#namazı,#qıldı,#(FOTO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru HƏMAS: Blokada və işğal olduğu müddətcə bölgədə sabitlik təmin oluna bilməz İsrail qüvvələri 7 jurnalisti və 1 insan haqları fəalını həbs edib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar