Quş sürüsü toqquşduğu təyyarənin burun hissəsini zədələdi 06 May 2015 01:00 Dünya Türkiyə Hava Yollarına aid İstanbul-Nevşehir səfərini həyata keçirən sərnişin təyyarəsinin eniş zamanı quş sürüsü ilə toqquşması nəticəsində təyyarədə zədə yaranıb. Maide.az-ın məlumatına görə, "Boeing 738" tipli təyyarə, Nevşehir-Kapadokya aeroportunun eniş zolağına yaxınlaşarkən quş sürüsü ilə toqquşub. Təyyarənin quş sürüsünə dəyməsi nəticəsində təyyarənin burnunda və qanadında zədə yaranıb. Pilot quş sürüsünə baxmayaraq, təyyarəni problemsiz şəkildə eniş zolağına endirməyi bacarıb. Nevşehir-Kappadokiya aeroportunun müdiri Mehmet Muslu təyyarənin bərpa işlərinin davam etdiyini bildirib. Muslu Nevşehir-İstanbul səfərinin başqa bir təyyarə ilə həyata keçirildiyini deyib. Teqlər : #Quş sürüsü toqquşduğu təyyarənin burun hissəsini zədələdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə sərhəd ərazilərdə gərginlik: əsgərlər PKK-çılarla üz-üzə dayanıb Şeyx Nəim Qasım: İŞİD və Ali-Səud, hər ikisi müsəlmanları öldürür
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO