Qusarda 28 santimetr qar yağıb 21 Mart 2019 09:30 Hadisə Qusar rayonunun Ləzə kəndinə yağan qarın hündürlüyü 28 santimetrə çatıb. Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən azərtac-ın bölgə müxbirinə bildiriblər ki, qar Qusarla yanaşı Quba və Xızı rayonlarının dağ kəndlərinə də yağıb. Qarın hündürlüyü Qubanın Xaltan kəndində 4, Qırızda 8, Xınalıqda 7 , Xızının Altıağac kəndində isə 2 santimetr təşkil edir. Qar yağması ilə əlaqədar temperatur mənfi 6 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Ləzə kəndində qeydə alınıb. Teqlər : #Qusarda,#santimetr,#qar,#yağıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda avtobus zəncirvari qəza törətdi, yaralılar var Göyçayda faciə: 23 yaşlı oğlan şəhərin mərkəzində həyatını itirib