Quran dinlə - Ondan özünüz də yeyin, çox ehtiyac içində olan yoxsula da yedirin 12 Fevral 2016 02:00 Quran və təfsir `Həcc` surəsi, 25-27-ci ayələr 25. Əlbəttə, kafir olmuş və (insanları) Allahın yolundan və Bizim (bütün) insanlar(ın ibadət etməsi) üçün müəyyənləşdirdiymiz və yerli ilə müsafirin bərabər olduğu Məscidul-həramdan saxlayan kəslər (yollarını azmış və camaata zülm edən bir dəstədirlər). Kim onda (insanlara) zülm etmək məqsədi ilə (haqqdan) üz döndərsə ona ağrılı əzab daddırarıq. 26. Və (yada sal) o zaman(ı) ki, İbrahim üçün (Kəbənin sütunlarını Adəmin qoyduğu təməl üzərində qaldırsın deyə) Kəbə evinin yerini hazırladıq (və ona dedik) ki: «(Bu evin həcc mərasimində) heç nəyi Mənə şərik qoşma və Mənim evimi təvaf edənlər, (ibadətə) duranlar və ruku və səcdə edənlər üçün təmizlə!» 27. «Və insanları ümumi şəkildə (Allah evinin) həcc(in)ə çağır ki, (onlar sənin dəvətin nəticəsində Qiyamət gününə kimi) piyada və hər uzaq yoldan gələn arıq dəvələr üstündə sənə tərəf üz tutsunlar». Teqlər : #Quran dinlə Ondan özünüz də yeyin,#çox ehtiyac içində olan yoxsula da yedirin, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Quran dinlə - İbadətdə heç kəsi öz Rəbbinə şərik qoşma Quran dinlə - Biz heç bir kəsin boynuna qüdrətindən artıq vəzifə qoymuruq