Qeysəriyyə kəsiyi nəticəsində doğulan BU UŞAQLARIN əqli inkişaf indeksi aşağı olur 22 May 2018 01:00 Sağlamlıq -- Ölkədə hər 100 doğuşa düşən qeysəriyyə əməliyyatlarının sayı artıb Azərbaycanda mama-ginekoloqlar və neonatoloqlar tərəfindən aparılan maarifləndirmə işlərindən sonra hamilə qadınların 38-ci həftədən əvvəl qeysəriyyə əməliyyatı edilməsi halları azalır. Maide.Az bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov deyib. R.Hüseynovun sözlərinə görə, artıq mama-ginekoloqlar hamilə qadınları vaxtında, yəni hamiləliyin 39-cu həftəsində qeysəriyyə əməliyyatı etməyə çalışırlar: “Müasir tədqiqatlar göstərir ki, 39 həftədən aşağı planlı şəkildə aparılan qeysəriyyə kəsiyi nəticəsində doğulan uşaqların əqli inkişaf (İQ) indeksi ümumi populyasiyadan 6 % aşağı olur". Baş neonatoloq əlavə edib ki, qeysəriyyə kəsiyi əməliyyatının planlı şəkildə hamiləliyin tam 38-ci həftəsindən tez aparılması uşaqların sağlamlığında böyük problemlər yaradır. Mütəxəssisin sözlərinə görə, bu hal yenidoğulmuşlar arasında ilk növbədə tənəffüs, daha sonra isə mərkəzi sinir, ürək-damar, mədə-bağırsaq və s. sistemlərdə problemlərin yaranmasına səbəb olur. Qeyd edək ki, Azərbaycanda ümumi doğuşların azalmasına baxmayaraq, qeysəriyyə əməliyyatlarının sayı artır. 2012-ci ildə Azərbaycanda 173 376 doğuşun 30 794-u, 2013-cü ildə 171 508 doğuşun 28 954-i, 2014-cü ildə 168 889 doğuşun 30 561-i, 2015-ci ildə 164 614 doğuşun 45 942, 2016-cı ildə 158 051 doğuşun 46 555-i qeysəriyyə əməliyyatı ilə olub. Ölkədə hər 100 doğuşa düşən qeysəriyyə əməliyyatlarının sayı da artıb. Azərbaycanda 2014-cü ildə hər 100 doğuşdan 18,1-i, 2015-ci ildə 27,9-u, 2016-cı ildə 29,5-i qeysəriyyə kəsiyi əməliyyatı ilə baş tutub. Teqlər : #Qeysəriyyə kəsiyi nəticəsində doğulan BU UŞAQLARIN əqli inkişaf indeksi aşağı olur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ürəyi cavan saxlamaq üçün həftədə dörd-beş dəfə idmanla məşğul olmaq lazımdır Uşaqları gözləyən böyük təhlükə - Yüksək təzyiq
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir