Qaradağda itkin düşən məktəblinin meyiti tapılıb 16 Mart 2017 02:00 Hadisə İtkin düşən məktəblinin meyiti tapılıb. Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, martın 15-də rayonun Qızıldaş qəsəbə sakini, 2004-cü il təvəllüdlü Toğrul Zaur oğlu Sultanovun itkin düşməsi barədə polisə məlumat daxil olub. Bu gün səhər saatlarında isə onun meyiti Qızıldaş qəsəbəsinin ərazisindən keçən su kanalında aşkar edilib. Hadisənin qətl, yaxud intihar olduğu araşdırılır. Polisdən T. Sultanovun orta məktəb şagirdi olduğu bildirilir. Teqlər : #Qaradağda itkin düşən məktəblinin meyiti tapılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı metrosunda tüstülənmə baş verib, sərnişinlər təxliyə edilib - FOTO/VİDEO Dünya çempionu öldürüldü - Qazaxıstanda