Qara dənizdə 3 ölkə arasında gərginlik 08 Dekabr 2020 10:25 Dünya Rusiyaya məxsus “Su-30” tipli döyüş təyyarəsi Fransa və ABŞ-a məxsus kəşfiyyat təyyarələrinin Qara dəniz üzərində uçuşuna mane olub. “Qafqazinfo” xəbər verir ki, Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzi (NDCC) ölkə sərhədində kəşfiyyat xarakterli uçuşları aşkar etdiklərini açıqlayıb: “Hava hədəflərini müəyyənləşdirmək və Rusiya dövlət sərhədinə qarşı pozuntuların qarşısını almaq üçün Cənubi Hərbi Dairənin hava qüvvələrinə aid “Su-30” döyüş təyyarəsi havaya qalxaraq kəşfiyyat təyyarələrinin qarşısını alıb. Radar tərəfindən uçuşları həyata keçirənin ABŞ Hava Qüvvələrinin “RC-135”, “KS-135” tipli və Fransa Hava Qüvvələrinə məxsus “C.160G” kəşfiyyat təyyarələri olduğu müəyyən edilib. Bununla da, Rusiya sərhədlərinə yaxınlaşmalarının qarşısını alılınıb”. Teqlər : #Qara,#dənizdə,#ölkə,#arasında,#gərginlik, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Liviyada gəmi girov götürüldü BMT-dən Krımla bağlı QƏRAR
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO