Qarabağdakı vəziyyət Rusiyanı narahat etməyə başlayıb 09 Mart 2016 02:00 Qarabağ xəbərləri Maide.az Rusiya mediasına istinadən xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan martın 10-da Moskvaya səfər edəcək. Bildirilir ki, səfərə səbəb Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyu artan silahlı toqquşmalardan Rusiyanın ciddi şəkildə narahatlığıdır. Səfər ərəfəsində Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan "Kommersant"a müsahibə verib və ölkəsinin Rusiyadan silah alması, Qarabağ münaqişəsinə dair danışıqlar barədə danışıb. O, müsahibəsində bildirib ki, Ermənistan Rusiya ilə hərbi və hərbi-texniki sahədə əməkdaşlığı davam etdirəcək. Nalbandyan müsahibəsində Azərbaycanın son illər öz hərbi xərclərini artırdığını söyləyib: "Biz Rusiya ilə müttəfiqik və strateji əlaqələrimiz, sıx hərbi, hərbi-texniki əməkdaşlığımız mövcuddur. Heç kəsə sirr deyil ki, biz ilk növbədə öz strateji müttəfiqimizdən silah alırıq. Rusiya ilə hərbi-texniki planda gələcəkdə də qarşılıqlı sıx əlaqədə olacağıq". Teqlər : #Qarabağdakı vəziyyət Rusiyanı narahat etməyə başlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu gün Tbilisidə Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparılacaq Azərbaycan Ermənistana Madrid prinsiplərinin 1-ci bəndini xatırlatdı
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni