Qətif əyalətinin bəzi yerlərində Ali-Səud rejim qüvvələrinin hücum təhlükəsinə görə cümə namazı ləğv olunub 17 İyul 2017 01:00 Dünya Qətif əyalətinin bəzi bölgələrində Səudiyyə rejim qüvvələrinin hücum təhlükəsinə görə cümə namazı ləğv olunub. Maide.Az xəbər verir ki, Ali-Səud rejim qüvvələrinin şiələrin məskunlaşdığı bölgələrdə, xüsusi ilə Avamiyyə və əl-Qədih bölgəsində namaz qıldığı məscidlərə hücumlarının artmasının ardınca həmin bölgələrdə cümə namazı ləğv olunub. Sosial şəbəkələrdə yayımlanmış məlumata görə, Avamiyyə bölgəsində İmam Həsən (ə) adına olan məscid, Qətifin Əl-Qədih qəsəbəsində İmam Əli (ə) adına olan məsciddə cümə namazı ləğv olunub. Səbəb isə Ali-Səud rejim qüvvələrinin məscidi atəşə tutması və namaz qılarkən insanların canına olan təhlükə göstərilib. Səudiyyə rejim qüvvələri Avamiyyə, Qətif və digər qəsəbə və kəndlərdə insanları heç bir ittiham irəli sürmədən həbs edir. Avamiyyə bölgəsində alti ildir ki, Ali-Səud rejiminin şiələrə qarşı represiyaları əleyhinə dinc aksiyalar təşkil olunur. Etirazçılar Ərəbistan rejimindən istəyir ki, siyasi islahatlar etsin və ayrıseçkilikdən əl çəksin. Son günlər Ali-Səud rejim qüvvələri Avamiyyə, Qətif və Əhli-beyt (ə) ardıcıllarının məskunlaşdığı digər bölgələrə hücumları artırıb. Ali-Səud qüvvələri insanların evlərini atəşə tutur və evlərini tərk etməyə məcbur edir. Teqlər : #Qətif əyalətinin bəzi yerlərində AliSəud rejim qüvvələrinin hücum təhlükəsinə görə cümə namazı ləğv olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Altı ərəb ölkəsinin FİFA-nı DÇ-2022-ni Qətərdə keçirməməyə çağırması xəbəri saxta çıxıb Amerikalıların 48 faizi Trump-ın prezidentliyini bəyənmir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO