Qəzzada 5 min fələstinlinin şəxsiyyətini müəyyənləşdirən heç bir sənədi yoxdur 28 Yanvar 2017 02:00 Fələstin Qəzzada yaşayan fələstinlilərdən 5 min nəfərinin şəxsiyyətini müəyyənləşdirən heç bir sənədi yoxdur və bu onların Fələstinin işğal olunmuş ərazisinə və digər bölgələrə gediş-gəlişinə problem yaradır. Maide.Az xəbər verir ki, Qəzzada yaşayan fələstinli Məhəmməd Əl-Batnaci deyir ki, 18 ildir ki, heç bir sənədim yoxdur. “Bu təssüfedici bir həqiqətdir. Bu haçana kimi davam edəcək? Iş tapa bilmirik, sənəd olmadığı üçün iş tapanda işləyə bilirik, müalicə üçün Qəzzadan çıxa bilmirik, qohumlarımızı ziyarət etməyə gedə bilmirik, yəni ən sadə hüquqlarımızdan belə məhrum edilmişik”,-deyə Qəzzada yaşayan şəxslərdən biri deyib. Qəzzada yaşayan Fələstinlilərdən 5 min nəfərinin heç bir sənədi yoxdur. Sionist İsrail rejimi Qəzza sakinlərinə sənədlərin verilməsinə maneəçilik yaradır və onların gediş-gəlişinə əngəllər törədir. Bunu Qəzza şəhər şurasının sözçüsü Məhəmməd əl-Maqadimə deyib . O əlavə edib ki, fələstinlilərə sənədlərin verilməsinin qarşısının alınması sionist rejimin baş nazirinin bir başa göstərişi əsasında həyata keçirilir. "Bu bir siyasi qərardır və bununla gələcəkdə ondan təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədirlər." (tasnimnews) Teqlər : #Qəzzada 5 min fələstinlinin şəxsiyyətini müəyyənləşdirən heç bir sənədi yoxdur , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sionist İsrail rejimi 15 ay ərzində 3369 fələstinlini həbs edib Britaniya müsəlmanlarının Qəzza uşaqlarına dəstək yürüşü – FOTO
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar