Putin Amerikanın əsas brendini çökdürür 22 Avqust 2014 01:00 Dünya Rusiya ölkədəki McDonald's restoranlarında yoxlamaları genişləndirir. Rusiya mediasının məlumatına görə, ərzaq təhlükəsizliyinə nəzarət edən Rospotrebnadzor avqustun 21-də Sverdlovsk və Tatarıstanda yoxlamalar aparıb. Krasnodar regionunda və Başqırdıstanda yoxlamalar ayın sonuna qalıb. Rospotrebnadzor avqustun 20-də Moskvada 5 McDonald's restoranında yoxlamaya başlayıb və onlardan 3-nün əməliyyatlarına müvəqqəti qadağa qoyub. Səbəb kimi sanitar normaların “saysız” pozuntuları göstərilib. Rospotrebnadzor-dakı mənbə bu addımın Qərbin Moskvaya iqtisadi sanksiyalarına cavab olub-olmaması barədə sualı cavablandırmayıb. Birləşmiş Ştatlar və digər ölkələr Rusiyaya Ukrayna böhranına görə sanksiyalar qoyub. McDonald's-ın İlinoys ştatındakı baş ofisi bildirir ki, qərarı öyrənir və “restoranların mümkün qədər tez yenidən açılması üçün nə etməyin mümkünlüyünü” araşdırır. Teqlər : #Putin Amerikanın əsas brendini çökdürür, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həmasın 3 komandiri üçün cənazə mərasimi təşkil edildi Qəzzada şəhid olanların sayı 2088-ə yüksəldi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO