Putin: “İsrailin Ukraynaya silah göndərməsi münaqişə qurbanlarının sayını artıracaq” 18 Aprel 2015 01:00 Dünya "İsrail tərəfindən Ukraynaya öldürücü silah verilməsi münaqişə qurbanlarının sayının artımına səbəb olacaq". Bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində İsrail tərəfinin Ukraynaya öldürücü silah göndərməsi ilə bağlı verdiyi bəyanata münasibət bildirərkən deyib. İsrailin bu bəyanatı Rusiya tərəfinin İrana “S-300” raket sistemlərinin çatdırılmasına tətbiq etdiyi embarqonun aradan qaldırılmasından sonra səslənib. "Hesab edirəm ki, İsrail tərəfinin atmaq istədiyi addımın əks effekti ola bilər. Çünki bu, yalnız münaqişə qurbanlarının sayının artmasına gətirəcək", - deyə Rusiya lideri deyib.(apa) Teqlər : #Putin: İsrailin Ukraynaya silah göndərməsi münaqişə qurbanlarının sayını artıracaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sionist rejim yeraltı `dəmir qübbə` inşa edir Bəhreyn xalqı yenə küçələrə çıxdı – FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO