Piyada keçidlərinin boyanmasında yenilik 07 Avqust 2019 15:15 Ölkə Paytaxtın inzibati ərazisindəki yol kəsişmələrində nişanlanma xətləri, xüsusən də eyni səviyyəli piyada keçidlərinin iki komponentli boya ilə əvəzlənməsinə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, məqsəd - yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırmaqdır. Yeniliyin tətbiqi ilə piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini daha yaxşı təmin etmək mümkün olacaq. İki komponentli boyaların əsas üstünlükləri isə aşağıdakılardır: "Yüksək işıqqaytarıcılıq keyfiyyəti. İşıqqaytarıcılığın artırılması üçün boyaya xüsusi şüşə kürəciklər də əlavə edilir. Bu da həm günün qaranlıq saatlarında, həm də görüntünün məhdud olduğu pis hava şəraitində yol nişanlamalarının daha görünən olmasına imkan verir. Uzunmüddətli qalıcılıq. İki komponentli boyalar daha qalın olur və soyuq boyaya nisbətən uzun müddət keyfiyyətini itirmir. Daha asan yuyula bilən olması". M. Ağayev bildirib ki, artıq 14 küçə və prospektdə qeyd edilən işlər yekunlaşdırılıb. Ümumilikdə son 4 ay ərzində Agentlik tərəfindən 107 küçə və prospektdə eyni səviyyəli piyada keçidləri yenilənib. Teqlər : #Piyada,#keçidlərinin,#boyanmasında,#yenilik, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İyulda ərzaq 0,3 faiz bahalanıb Sabahın hava proqnozu açıqlanıb