Paytaxtda ərzaq məhsullarının qiymətləri 2,2 faiz artıb 02 Avqust 2019 13:30 Ölkə Bu ilin yanvar-iyun ayları ərzində Bakı şəhəri üzrə məhsullarının və xidmətlərin qiymətləri açıqlanıb. Maide.Az “Report”a istinadla xəbər verir ki, Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk 6 ayıında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,9% artıb. Həmçinin bu dövr ərzində paytaxtda o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 1,5%, əhaliyə göstərilən xidmətlərin qiymətləri isə 4,6% artıb. Teqlər : #Paytaxtda,#ərzaq,#məhsullarının,#qiymətləri,#faiz,#artıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Uşaqların cəmi 25 faizi məktəbə bağçalardan gəlir Sabah Bakıda havanın temperaturu aşağı düşəcək