Paraqvay Azərbaycan ərazilərinin işğal edildiyini tanıyıb 22 Sentyabr 2015 01:00 Qarabağ xəbərləri Paraqvay Respublikasının Milli Konqresinin Deputatlar Palatası Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə bağlı bəyanat qəbul edib. Bu barədə Azərbaycan XİN-in məlumatında deyilir. Sentyabrın 10-da Paraqvay Milli Konqresinin Deputatlar Palatasının plenar iclasında qəbul edilmiş bəyanatda Dağlıq Qarabağın Azərbaycan Respublikasının bir hissəsi olduğu bir daha təsdiq edilir, Azərbaycan Respublikasının ərazisinin Ermənistan Respublikası tərəfindən işğal edildiyi, Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilmiş hərbi əməliyyatların minlərlə insanın qətli, əsir və itkin düşməsi, məcburi köçkünə çevrilməsi ilə nəticələndiyi bildirilir. Bəyanatda Paraqvay Deputatlar Palatası Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətini təsdiq edir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri və BMT Baş Məclisinin müvafiq sənədlərinə uyğun həllinə çağırır. Paraqvay Deputatlar Palatası bu bəyanatla münaqişənin qurbanına çevrilmiş insanların ağrısını bölüşdüyünü qeyd edərək Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunduğu kimi sülh şəraitində birgəyaşayış, insan hüquqlarına hörmət və dialoqun vacibliyini bildirir. Teqlər : #Paraqvay Azərbaycan ərazilərinin işğal edildiyini tanıyıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Düşmən 75 dəfə atəşkəsi pozub Ermənistan ordusunun atəşi nəticəsində Qazax rayonunda mülki vətəndaş yaralanıb
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni