Pakistan və Əfqanıstanda zəlzələ qurbanlarının sayı artır -YENİLƏNİB 3 -FOTO

Pakistanda episentri Əfqanıstanda olan zəlzələ nəticəsində ölənlərin sayı 52-yə çatıb, təqribən 200 nəfər yaralanıb. 

Maide.az xəbər verir ki,  Əfqanıstanda zəlzələ qurbanlarının sayı isə 21 nəfərdir, təqribən 100 nəfər xəsarət alıb.Ölənlərdən 12-si məktəbli uşaqlardır. Onlar məktəbdə sinifdən qaçarkən ayaq altında qalıb və ölüblər.

Qeyd edək ki, bu gün Əfqanıstanda 7,5 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Pakistan, Hindistan, Qırğızıstan, Tacikistan, Azərbaycan və Qazaxıstanda hiss edilib. /

***
Maide.az xəbər verir ki, zəlzələ nəticəsində Pakistan və Əfqanıstanda  ölənlərin sayı 34 nəfərə çatıb.  Zəlzələ nəticəsində 17 nəfər Pakistanda ölüb, 200 nəfər yaralanıb.  
Məlumata görə, Əfqanıstanda  da 17 nəfər həlak olub,  55 nəfər isə yaralanıb.  Ölənlərdən 12-si məktəbli uşaqlardır. Onlar məktəbdə sinifdən qaçarkən ayaq altında qalıb və ölüblər. /
 
***
 
Maide.az xəbər verir ki, zəlzələ Əfqanıstanın Kabil şəhərindən 250 km şimal-şərqdə, 213.5 km dərinlikdə 7,7 maqnituda gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Pakistanın şimalında və Hindistanda hiss olunub. 
İlkin məlumata görə, Pakistanda zəlzələ nəticəsində  13 nəfər həyatını itirib, onlarla insan yaralanıb. Dağıntılar və xəsarət alanlar barədə hələlik dəqiq məlumat yoxdur /
 
***
 
Pakistandanın şimalında  Rixter cədvəli üzrə 7,7 bal gücündə zəlzələ baş verib.
Maide.az xəbər verir ki, zəlzələ Əfqanıstan və Hindistanda da hiss olunub. 
Əfqanıstanın paytaxtında zəlzələ nətciəsində telefon və elektrik enerjisi infrastrukturu sıradan çıxıb. Hindistanın paytaxtında isə əhali küçələrə axışıblar. 
 
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.  /
 
 

Google+ WhatsApp ok.ru