Pakistan polisinin aksiyaçılara hücumu pislənilib 08 Noyabr 2016 02:00 Dünya Pakistanın sünni və şiə din xadimləri, eləcə də dini və siyasi partiyaları bu ölkə polisinin Kəraçi şəhərində aksiyaçılara hücumunu pisləyiblər. Maide.Az xəbər verir ki, daxil olan məlumata görə, onlar həmçinin şiələrin bu ölkə həbsxanalarından azad edilmələrini tələb ediblər. Pakistanın sünni və şiə din xadimləri, eləcə də dini və siyasi partiyaları təhlükəsizlik qüvvələrini bu ölkənin təhlükəsizliyini təmin etməkdə aciz qalmaqda ittiham edərək, bildiriblər: Terrorçuların Pakistanda azad olduqları vaxtda ölkədə asayiş və sabitlik təmin edilməyəcək. Pakistanın Send əyalətinin mərkəzi olan Kəraçi şəhəri dünən şilələrin həbs edilmələrinə qarşı aksiyaların şahidi olub. Polis qüvvələri aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edərək, bir qrup etirazçını həbs edib. Ötən günlər ərzində bəzi şiə şəxsiyyətlər, o cümlədən Mövlana Mirza Yusif Hüseyn və Feysəl Rza Abidi Pakistanın təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub və bir qrup şiə də Kəraçi şəhərində törədilən məqsədyönlü terrorlarda qətlə yetirilib. Pakistan dövlətinin şiə şəxsiyyətləri həbs etmək üzrə addımı bu ölkə şiələrinin narahatlığına səbəb olub.(irib) Teqlər : #Pakistan polisinin aksiyaçılara hücumu pislənilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yaponiyada maqistral yol belə çökdü - VİDEO Pakistanda tanınmış şiə ruhani həbs olunub -FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO