Pakistanda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 50-yə çatıb, 100-dək yaralı var - YENİLƏNİB 07 İyun 2021 09:56 Hadisə 15:06 Pakistanda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı artıb. Maide.Az APA-a istinadla xəbər verir ki, yerli ARY News telekanalı xəbər verir ki, ölənlərin sayı 50-yə çatıb, 70 nəfər yaralanıb. Geo TV isə yaralı sayının 100-dək olduğunu açıqlayıb. *** Pakistanda iki qatarın toqquşması nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb. Bu barədə “Samaa TV” telekanalı xilasedicilərə istinadən məlumat yayıb. Məlumata görə, qəza zamanı 14 vaqon çevrilib. Eyni zamanda 8 vaqon tamamilə sıradan çıxıb. Qeyd edək ki, hadisə ölkənin cənubunda qeydə alınıb. Sərnişin qatarları Sind əyalətində, Qotki rayonunda dəmiryol stansiyasında toqquşub. Teqlər : #Pakistanda,#iki,#qatarın,#toqquşması,#nəticəsində,#ölənlərin,#sayı,#50yə,#çatıb,#100dək,#yaralı,#var,#YENİLƏNİB, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda yol çöküb Güclü leysan Şəkinin yaşayış məntəqlərinə ciddi ziyan vurub - FOTO