Pakistan BMT-yə Hindistandan şikayət edəcək 02 Mart 2019 09:46 Dünya Pakistan hökuməti BMT-yə Hindistandan şikayət etmək niyyətindədir. “Report” “Reuters”ə istinadən xəbər verir ki, şikayət bu günlərdə Pakistanın Balakot şəhəri yaxınlığında Hindistan döyüş təyyarələrinin endirdiyi hava zərbələri zamanı törədilmiş “ekoloji terror” ittihamı ilə bağlı olacaq. “Burada ekoloji terror əməli baş verib. Ətraf mühitə ciddi ziyan vurulub”, - Pakistan Baş nazirinin iqlim dəyişikliyinə dair müşaviri Malik Əmin Əslam deyib. O, Hindistan təyyarələrinin meşə qoruğunu bombaladığını, bununla bağlı BMT-yə şikayət vermək üçün hazırda təbiətə dəyən ziyanla bağlı araşdırma apardıqlarını bildirib. Qeyd edək ki, BMT-nin Baş Assambleyasının 47/37 nömrəli qətnaməsində ətraf mühitin hərbi zərurət əsaslandırmadan, məqsədsiz məhv edilməsi beynəlxalq hüquqa zidd kimi göstərilir. Teqlər : #Pakistan,#BMTyə,#Hindistandan,#şikayət,#edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyada hüququn aliliyi zəifləyir İƏT: 2018-ci ildə islamofobiya pik həddə olub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO