OPEK neftin hazırkı qiymətinə görə fövqəladə toplantı keçirəcək 12 Yanvar 2016 02:00 İqtisadiyyat Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) martın əvvəlində fövqəladə toplantı keçirəcək. Bunu OPEK-in sədri, Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikva bildirib. Onun sözlərinə görə, görüşün keçirilməsində əsas məqsəd qiymət siyasətini və fəaliyyət strategiyasını yenidən nəzərdən keçirməkdir. Görüş OPEK-ə üzv olan bir neçə dövlətin müraciəti əsasında keçiriləcək. Təşkilat sədri deyib ki, dünya bazarında neftin hazırkı qiyməti görüşün keçirilməsini zəruri edib. (report) Teqlər : #OPEK neftin hazırkı qiymətinə görə fövqəladə toplantı keçirəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yanvarın 15-də banklarda yenilik olacaq Mərkəzi Bank təsir imkanlarını itirir