Obama qətliamlardan narahat olduğunu deyərək, İsrailə dəstək beyətini yenilədi 22 İyul 2014 01:00 Dünya ABŞ Prezidenti Barak Obama İsrailin Qəzzaya hücumları nəticəsində dinc insan ölümünün artmasına görə narahatlıq keçirdiyini bildirərək, "Artıq dinc əhalinin öldürüldüyünü görmək istəmirəm. Buna görə də bu məsələ bizim və dünyanın diqqətində olmalıdır. Qəzza və İsraildə sivil insanların ölümünə (!) və müharibəyə son qoyacaq atəşkəs əldə edilməlidir" deyib. Maide.az-ın məlumatına görə, Ağ Evdə mətbuat konfransı keçirən Barak Obama İsrailin 14 gündür Qəzzaya həyata keçirdiyi və ən az 518 nəfərin ölümünə səbəb olan hücumları haqqında danışıb. Amma o, açıqlamasının əvvəlində bütün günahların Həmasda olduğunu deyib və İsrailin özünü müdafiə hüququnun olduğunu təkrarlayaraq, İsionist rejimə dəstəyini yenidən təkrarlayıb. Bu isə onun heç də dinc sakinlərin öldürülməsindən narahat olduğu anlamını vermir. Bu dəstək kifayətdir ki, İsrail qətliamın diametrini bir qədər də böyütsün. Qeyd edək ki, ABŞ Xarici işlər naziri John Kerrynin atəşkəsin əldə edilməsi üçün Yaxın Şərq regionuna gedib. Teqlər : #Obama qətliamlardan narahat olduğunu deyərək,#İsrailə dəstək beyətini yenilədi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qəzzada 27 İsrail əsgəri öldürülüb İraqda İŞİD sıralarında döyüşən azərbaycanlı öldürülüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO