Novruz bayramı tətil günlərində İmam Rzanın (ə) hərəmini 4 milyondan çox zəvvar ziyarət edib 27 Mart 2019 06:18 Dünya 10 gün ərzində 4 milyon 381 min 158 zəvvar Məşhəddə İmam Rzanın (ə) hərəmini ziyarət edib. Maide.Az xəbər verir ki, bunu İran Xorasan Rəzəvi əyalətinin səfər xidmətləri üzrə icraçı qərargahın sözçüsü Mehdi Furuzan deyib. Onun sözlərinə görə, martın 15- 25-nədək olan tarixdə Məşhəd şəhərində İmam Rzanın (ə) hərəmini ziyarət edən zəvvarların sayı ötən illə müqayisədə 3 faiz artıb. "Zəvvarlardan 390 min 36 nəfər avtobus (ötən illə müqayisədə 7 faiz azalıb) , 209 min 457 nəfər qatar (2.6 faiz artıb) , 108 min 726 nəfər təyyarə (17.4 faiz azalıb) və 3 milyon 673 min 156 nəfər isə öz şəxsi avtomobili ilə (1 faiz artıb) Məşhəd şəhərinə səfər edib" Qeyd edək ki, hər il Novruz bayramı tətil günlərində əMəşhəd şəhərində İmam Rzanın (ə) hərəmini milyonlarla zəvvar ziyarət edir. Bu il İmam Cavadın (ə) mövlud gününün Novruz bayramına təsadüf etməsi zəvvarların sayının artmasına səbəb olub. Teqlər : #Novruz,#bayramı,#tətil,#günlərində,#İmam,#Rzanın,#(ə),#hərəmini,#milyondan,#çox,#zəvvar,#ziyarət,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Suriya xalqı geniş miqyaslı etiraz aksiyası keçirib Nəsrullah: ‘Ərəb dövlətlərində şərəf, vicdan və hörmət varsa...’
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO