Nigeriyalı siyasi fəal: Şeyx Zəkzakinin sağlamlığı bizim üçün qırmızı xətdir 04 Aprel 2018 01:00 Dünya -- Şeyx Zəkzaki iflic olub Nigeriya İslami Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzaki saxlanma şəraitinin pis olması və vaxtı-vaxtında tibbi xidmət ala bilməməsi səbəbindən iflic olub, gəzə bilmir. Maide.Az “alkawthartv” saytına istinadən xəbər verir ki, bunu Nigeriya siyasi fəallarından Yusif Həmzə məlumat verib. O, Şeyx Zəkzakinin səhhətinin təhlükədə olduğunu vurğulayaraq qeyd edib ki, onun bədənin bir hissəsi işləmir və yalnız əsa ilə gəzir və rahat şəkildə danışa bilmir. Y.Həmzə Şeyx Zəkzakinin azadlığa buraxılması üçün çoxlu səylər göstərildiyini vurğulayıb: “Bir müddət öncə Abucada parlament nümayəndələri ilə görüşüb bu məsələni müzakirə etmək istədik. Nigeriya parlamentinin qarşısında 3 saat oturaq aksiya keçirdik. Parlament nümayəndələrinin bəziləri bizimlə söhbət etdi və söz verdilər ki, Şeyx Zəkzakinin azadlığı üçün çalışacaqlar, lakin hələ də xəbər yoxdur”. Y.Həmzə deyib ki, Şeyx Zəkzakinin sağlamlığı bizim üçün qırmızı xətdir. “Əgər onun başına bir iş gələrsə etirazlar dinc formatdan çıxa bilər. Abucada Zəkzakinin azadlığı üçün müxtəlif mitinqlərin keçriilməsi davam etdiriləcək”. Teqlər : #Nigeriyalı siyasi fəal: Şeyx Zəkzakinin sağlamlığı bizim üçün qırmızı xətdir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İngilislər “Bir müsəlmanı cəzalandır” çağırışına qarşı ayağa qalxdı ABŞ-da öldürücü superinfeksiyalar tapılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO