Nigeriya şiələrinin rəhbərinin son durumu qızının dilindən 29 Aprel 2016 01:00 Dünya Şeyx Zəkzaki və onun həyat yoldaşı (Zinət İbrahim) hazırda xəstəxanada nəzarətdə saxlanılır və bir müddət öncə Nigeriya İslami Şurası Birliyinin vəkillərindən 3 nəfər aprelin əvvəlində xəstəxanada onunla görüşüb. Maide.Az xəbər verir ki, bu sözləri Şeyx Zəkzakinin qızı Zəkiyyə Zəkzaki İqna agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, aprelin əvvəlindən sonra Şeyx Zəkzaki ilə əlaqə kəsilib və daha heç bir yeni məlumat yoxdur. “Şeyx Zəkzainin bir gözü görmə qabiliyyətini itirib, digər gözü zəif görür. Ayaqlarını yaxşı hərəkət etdirə bilmir, qarnından güllə yarası alıb. Güllələrdən birini çıxartmaq mümkin olmayıb, bir neçə əməliyyat olub və daha bir neçə əməliyyat olmalıdır ki, gülləni çıxarda bilsinlər.” Qeyd edək ki, "Amnesty International" beynəlxalq hüquq-müdafiə təşkilatı Nigeriya ordusunun 2015-ci ildə şiələrin qətliamı zamanı törətdiyi cinayətlərin üstünü açıb. "Amnesty International" öz hesabatında bəyan edir ki, Nigeriya hərbçiləri ölkədə fəaliyyət göstərən İslam Hərəkatı icmasının sıralarında qadın və uşaqların da olduğu 350 üzvünü güllələyərək yandırıb və gizli şəkildə dəfn ediblər. Xatırladaq ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zarya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı Şeyx Zəkzaki yaralanıb və həbs olunub. Onun 3 övladı şəhid edilib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarının öldürüldüyünü elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub. Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır. Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları dəfələrlə etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər. Teqlər : #Nigeriya şiələrinin rəhbərinin son durumu qızının dilindən, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tbilisidə azyaşlı qızlararasında Quran oxuma yarışması keçirilib -FOTO Rusiya Xəzərdə gizli raketini sınaqdan çıxardı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO